пятница, 21 октября 2016 г.



"Kompüter Texnologiyaları" kursunun proqramı

Məşğələlər hər biri 1,5 saat olmaqla həftədə 2 dəfə (fərdi və ya qrupda) keçirilir. Qruplar yaş kateqoriyaları, Azərbaycan və rus bölmələri üzrə kompleksləşdirilir.
Tədris materialları pulsuzdur. Kursu bitirənlərə SERTİFİKAT verilir.
Rəhbər: Namiq Nəcəfov
Tel: (050) 574-12-38, (055) 915-95-42
E-mail: kt-n-a@mail.ru
www.facebook.com/namik.teach
Ünvan: “Memar Əcəmi” m.s., 4-cü mkr-n, Hüseyn Seyidzadə küç., 58 (5 saylı məktəbin yanında). T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı


Başlanğıc kurs
(3 ay)


  • Microsoft Windows
  • Microsoft Office –
    Word, Excel, PowerPoint, Publisher, OneNote
  • Internet proqramları

Dizayn və Qrafika
(3 ay)


  • Adobe Photoshop
  • Corel Draw

Saytyaratma texnologiyaları (6 ay)


  • Statik saytlar: HTML və CSS
  • Dinamik saytlar:
    PHP və MySQL
  • JavaScript və jQuery

1. Başlanğıc kurs (3 ay)

Bu kurs kompüter savadının bünövrəsidir. Siz kompüterlərin texniki qurğularını, proqram təminatının növlərini, habelə əməliyyat sistemləri, onların təyinatını, Windows əməliyyat sisteminin əmrlərini, standart proqramları, Microsoft Office paketinin proqramlarını və internetin əsaslarını öyrənəcəksiniz.
Kurs 3 hissədən ibarətdir:

I HİSSƏ. Microsoft Windows 7

KOMPÜTER HAQQINDA ƏSAS ANLAYIŞLAR

  1. Kompüter haqqında qısa tarixi məlumat;
  2. Kompüterlərin əsas xüsusiyyətləri;
  3. Kompüterlərdə istifadə olunan informasiyanın növləri;
  4. Kompüterin texniki komponentləri;
  5. Informasiyanın ikilik kodlaşdırılması;
  6. Informasiyanın və yaddaş həcminin ölçü vahidləri;
  7. Kompüter üçün proqramlar;
  8. Kompüter şəbəkələri;

WINDOWS ƏMƏLIYYAT SISTEMI ILƏ ILK TANIŞLIQ

  1. Kompüterin qoşulması və Windows sisteminin yüklənməsi. Ekran interfeysi;
  2. Siçan manipulyatoru ilə iş;
  3. Kompüter bələdçisi və Start (Başlat) menyusu;
  4. Klaviatura (ümumi qaydalar);
  5. Bloknot proqramı;
  6. Kalkulyator proqramı;
  7. WordPad proqramı;
  8. Paint proqramı;

FAYL VƏ QOVLUQLARLA IŞ

  1. Faylın adı və tipi;
  2. Adın genişlənməsi Faylın tipi
    .txt sadə mətnlər
    .rtf (Rich Text Format – Zəngin Mətn Formatı) formatlaşdırılmış mətn
    .doc, docx Word proqramında formatlaşdırılmış sənədlər
    .bmp, .dib və .rle Windows sisteminin nöqtəvi şəkilləri (birtəbəqəli)
    .jpeg., jpg, .jpe (Joint Photographic Experts Group) sıxılmış formatlı nöqtəvi şəkillər. Rəqəmli fotoqrafiyada və internet saytlarında istifadə olunur (birtəbəqəli)
    .gif ( Graphics Interchange Format — "təsvirlərin mübadiləsi üçün format"). 1987-ci ildə yaradılıb . Maksimum 256 sayda rəngli, həcmcə kiçik ölçülü olduğundan İnternet saytlarında istifadə olunur. Animasiya elementləri mümkündür.
    .png (portable network graphics) qrafik informasiyanın keyfiyyətin itirilmədən sıxılmış formatı, 1995-ci ildə GİF formatının əvəzləyicisi kimi yaradılmışdır.
    .wmf, .emf vektorlu qrafik fayllar
    .wav Windows sisteminin səs faylları
    .mp3 Sıxılmaş formatlı səs faylları
    .avi Windows sisteminin video faylları
    .mpg (mpeg) Sıxılmış formatlı video fayllar
    .com, .exe Hazır proqram faylları – proqramların yükləyici faylları
    .bat Əmr faylları
    .pas Paskal proqramlaşdırma dilində yazılmış proqramın mətni
  3. Faylların axtarışı;
  4. Yeni qovluğun yaradılması;
  5. Fayl və qovluqların nüsxələnməsi və yerinin dəyişdirilməsi;
  6. Fayllar qrupunun seçilməsi;
  7. Fayl və qovluqların pozulması və bərpası;
  8. Fayl və qovluqların adlarının dəyişdirilməsi;

II HİSSƏ. Microsoft Office 2007-2010

Microsoft Word

MƏTNİN FORMATLAŞDIRILMASI

  1. Şriftin formatlaşdırılması;
  2. Abzasların formatlaşdırılması;
  3. Formatın nüsxələnməsi;
  4. Nömrəli və markerli siyahılar;
  5. Səhifənin parametrləri;
  6. İdarəedici və xüsusi simvollar;
  7. Psevdoqrafik simvollar;
  8. Avtomatik əvəzləmə;
  9. Başlıq və abzas üslubları;
  10. Sənədin saxlanma formatları və parametrləri;
  11. Mətnin çap olunma parametrləri;

CƏDVƏLLƏRİN FORMATLAŞDIRILMASI

  1. Cədvəl yaradılmasının 3 üsulu;
  2. Sütun və sətirlərin ölçülərinin dəqiqliyi;
  3. Cədvəlin ümumi ölçüləri və mətnlə əhatə olunması;
  4. Sərhəd xətləri və rəngləmə;
  5. Oyuqların birləşməsi və mürəkkəb cədvəllər;
  6. Böyük ölçülü cədvəllərlə iş;
  7. Səhifələrin bölgüsü zamanı cədvəllərdən istifadə olunması;
  8. Mətnin cədvələ və əksinə çevrilməsi;

ŞƏKİL VƏ FİQURLARIN SƏNƏDDƏ YERLƏŞDİRİLMƏSİ

  1. Word proqramında qrafikadan istifadənin 4 üsulu;
  2. Fiqurların çəkilməsi və redaktəsi;
  3. Hazır şəkillərin sənədə əlavə edilməsi və formatlaşdırılması;
  4. Vizit kartlarının, dəvətnamələrin və s. yaradılmasında şəkillərdən istifadə;
  5. Word proqramı ilə plakatların hazırlanması;
  6. Paint proqramı obyektinin sənədə daxil edilməsi;
  7. Fiqurlu yazıların (WordArt) sənədə daxil edilməsi;
  8. Təşkilati diaqramların (SmartArt-ların) sənədə daxil edilməsi;

DİGƏR PROQRAM OBYEKTLƏRİNİN SƏNƏDƏ DAXİL EDİLMƏSİ

  1. Düsturların redaktəsi (Microsoft Equation proqramı);
  2. Diaqramların qurulması (Microsoft Graph);

ŞABLONLARIN YARADILMASI

  1. Sadə şablonların yaradılması;
  2. ActiveX idarəedici elementlərlə şablonların yaradılması;
  3. Makrosların yazılması və redaktəsi;

BÖYÜK HƏCMLİ SƏNƏDLƏRLƏ İŞ

  1. Faylların bir sənəddə birləşdirilməsi;
  2. Səhifələrin nömrələnməsi. Səhifənin yuxarı və aşağı sərlövhələri;
  3. Keçidlər;
  4. Əlfəcinlərin əlavə edilməsi və hiperistinadlar;
  5. Başqa sənədlərə və fayllara istinadlar;
  6. Sənəddə bölmə kəsilmələri ilə müxtəlif parametrli səhifələrin yaradılması;
  7. Mündəricatların avtomatik yaradılması;

Microsoft Excel

ƏSAS ANLAYIŞLAR

  1. Proqramın təyinatı;
  2. Proqramın interfeysi və əsas anlayışlar;
  3. Şriftin və xanaların formatlaşdırılması;
  4. Düsturlarla işləmə qaydaları;
  5. Standart funksiyalar – cəmləmə, orta qiymət, maksimum və minimumun tapılması;
  6. Formatın, düsturların və qiymətlərin nüsxələnməsi. Nisbi ünvanlı düsturlar;
  7. Ədədi və həndəsi silsilə hədlərinin avtomatik alınması;
  8. Sətir, sütun və xanaların əlavə edilməsi, silinməsi və birləşdirilməsi;

SADƏ CƏDVƏLLƏRİN QURULMASI VƏ ÇAPI

  1. Sənədin ekranda və çap üçün miqyasının dəyişdirilməsi üsulları;
  2. Ədədi, mətn, valyuta, zaman, tarix və başqa formatlar;
  3. Mütləq ünvanlı düsturlar;
  4. Standart siyahıların istifadə olunması. Fərdi siyahıların yaradılması;

BÖYÜK HƏCMLİ CƏDVƏLLƏR

  1. Tərpənməz sətirlər və sütunlar;
  2. Böyük cədvəlləri çap edərkən ilk sətir və sütunların hər səhifədə çap olunması;

İŞÇİ VƏRƏQLƏRİN TƏRTİBATI

  1. Şəkillərin və digər obyektlərin cədvəllərdə istifadə olunması;
  2. Adlandırılmış xanalar. Düsturlarda başqa vərəqlərdəki qiymətlərə istinad olunması;
  3. Kiçik bir mağaza üçün elektron hesabat cədvəlinin yaradılması; Kiçik mağaza üçün hesabat cədvəli

EXCEL-DƏ VERİLƏNLƏR BAZASI

  1. Cədvəlin sütunlarındakı qiymətlərin sıralanması. Süzgəcdən istifadə etməklə müəyyən yazıların seçilməsi;
  2. Sütundakı mətnin bir neçə sütuna bölünməsi. Dublikatların silinməsi. Daxil edilən qiymətlərin yoxlanılması;
  3. Qruplaşma. Ara cəm əmri ilə verilənlər üzərində hesabatların aparılması;

DİAQRAMLAR

  1. Diaqramların qurulması;
  2. Diaqramların tipləri və dəyişdirilməsi;
  3. Yeni yazıların diaqrama əlavə edilməsi;

DÜSTURDA FUNKSİYALARDAN İSTİFADƏ OLUNMASI

  1. Funksiyaların tipləri. Riyazi funksiyalar;
  2. Mətnlərlə işləyən funksiyalar;
  3. Tarix və zaman funksiyaları;
  4. Məntiqi funksiyalar;
  5. Statistik funksiyalar;
  6. Funksiyalar haqqında proqramın arayış sistemindən məlumatın alınması;

ŞABLONLARLA İŞ

  1. Şablon-blankın yaradılması;
  2. Şablon-blankın istifadəsi;

EXCEL-EXPERT

  1. Ağıllı cədvəllər;
  2. Düşən siyahılar;
  3. Verilənlərin konsolidasiyası;

Microsoft PowerPoint

PLAN

  1. Təqdimat və PowerPoint proqramının əsas anlayışları;
  2. "Microsoft Office proqramlar paketi haqqında" təqdimatının hazırlanması;
  3. "Kompüterin texniki komponentləri" təqdimatının hazırlanması;
  4. Elektron cədvəllərin təqdimata əlavə edilməsi;
  5. Səsin təqdimata əlavə olunması;
  6. Microfonla səsin yazılması;
  7. "Pifaqor teoremi" təqdimatının hazırlanması;
  8. "Paint proqramı haqqında" təqdimatının hazırlanması;
  9. Videonun təqdimata daxil edilməsi;
  10. Videonun ekrandan Camtasia Studio proqramı ilə yazılması və PowerPoint proqramına daxil etmək üçün faylda saxlanması;
  11. Təqdimatların köklənməsi;
  12. Digər təqdimat proqramları;
  13. Təqdimat avadanlıqları;

2. Dizayn və Qrafika (3 ay)

Bu kursda kompüter qrafikasının 2 əsas tipi ilə tanlş olacaq və onların imkanlarından praktiki işlərinizdə necə istifadə etməyi öyrənəcəksiniz. Siz Adobe Photoshop proqramı vasitəsilə fotolardakı qüsurları aradan qaldırmaqdan tutmuş, fotomontaş, fotoeffektlər, məhsulların üçölçülü şəkillərinin, logoların, reklam bannerləri üçün animasiyalı təsvirlərin yaradılmasına qədər faydalı bacarıqlar əladə edəcəksiniz.
Corel Draw proqramı ilə praktiki iş məşğələlərində isə müztəlif formalı yazılar, vizual effektlər, dizayn elementləri, loqotiplər, afişalar, sayt üçün qrafik elementlər yaratmaq vərdişlərinə yiyələnəcəksiniz. Eləcə də rəssamın skanerdən alınmış rəsmini elektron formata salaraq miniatür yaratmaq texnikasını mənimsəyəcəksiniz.
Dizayn və Qrafika kursu sizin özünüzə inamınızı möhkəmləndəcək və gələcək karyeranızda daha çox uğur qazanmağa kömək edəcək.

Adobe Photoshop

PROQRAM PƏNCƏRƏSİNİN ELEMENTLƏRİ

  1. Giriş. Photosop proqramını kim və nə üçün istifadə edir. Sizə uyğun görüntünü necə almalı?
  2. Yeni sənədin hansı parametrlərini kökləmək lazımdır? Mövcud sənədi hansı yollarla açmaq olar?
  3. Şəklin miqyasının və yerinin dəyişdirilməsinin ən asan yolları hansılardır?
  4. Şəkil təbəqələri nədir və onlarla necə işləməli?
  5. Tarix (История) paneli nəyə lazımdır? Tarix panelinin ən vacib xüsusiyyəti.

ŞƏKİL TƏBƏQƏLƏRİ İLƏ İŞ

  1. Təbəqə maskası nədir və ondan necə istifadə etmək olar?
  2. Üst-üstə olan təbəqələrin əks olunma rejimləri hansılardır? Bu rejimlərdən hansıları daha çox istifadə olunur?
  3. Korrektə edən təbəqələr nədir və onunla şəkli necə dəyişmək olar?
  4. Rəngin tonunu və dolğunluğunu korrektəedici təbəqə ilə necə dəyişməli?
  5. Уровни (Səviyyələr) və Кривые (Əyrilər) korrektəedici təbəqələri nə zaman istifadə olunmalıdır?
  6. Korrektə əmrləri və onların korrektyəedici təbəqələrdən fərqi nədir?
  7. Təbəqə stilləri nədir və nəzaman istifadə olunur?
  8. Konteyner maskası (Обтравочная маска) nədir və işimizi necə yüngülləşdirir?

SEÇMƏ ALƏTLƏRİ

  1. Ən sadə seçmə alətləri hansılardır və onlarla necə işləməli
  2. Sürətli seçim alətləri ilə necə işləməli
  3. Rəng diapazonu ilə seçmək üçün hansı 2 parametri düzgün kökləmək lazımdır?
  4. Hansı parametrlər Sürətli maska alətindən asanlıqla istifadə etməyə kömək edir?
  5. Kadrlama çərçivəsi nədir?
  6. Раскройка (Hissələrə ayırmaq) aləti nə zaman və necə istifadə olunur?
  7. Pipetka, Xətkeş və Şərh alətləri iş prosesində bizə necə kömək edə bilər?

SƏKİLDƏKİ QÜSURLARIN ARADAN QALDIRILMASI

  1. Bərpaedən fırça, Nöqtəvi bərpaedici fırça, Zaplatka və Qırmızı gözlər alətləri işimizi necə asanlaşdıra bilər?
  2. Ştamp aləti ilə şəklin fraqmetlərini necə dəyişmək olar?
  3. İşıqlandıran, Tündləşdirən, Kəc, Yayğınlıq, Kəskinlik və Barmaq alətləri ilə şəkli necə düzəltmək olar?

KİSTLƏR

  1. Nə üçün Кисть alətini unuversal alət adlandırmaq olar?
  2. Pozan alətindən necə istifadə etməli?
  3. Qradient və Rənglə doldurmaq alətləri ilə necə işləməli?
  4. Arxiv fırşası nədir?

PHOTOSHOP PROQRAMINDA VEKTORLU FİQURLAR

  1. Sərbəst transformasiya əmri ilə nə etmək olar?
  2. Pero alətindən bilavasitə və dolayısı istifadə etmək dedikdə nə başa düşürük?
  3. Photoshop proqramında mətn effektləri hansıılardlr?
  4. Şəkil üzərində mətni hansı üsullarla yerləşdirmək olar?
  5. Vektor fiqurlar. Onları dəyişmək olarmı?
  6. Vektor şəkli rastra necə çevirməli?
  7. Rastr şəklin ölçülərini dəyişdikdə keyfiyyəti necə saxlamaq olar?

TƏSVİRİN ÖLÇÜLƏRİ VƏ TƏSVİR REJİMLƏRİ

  1. Təsvirin ölçüsü və təsvir sahəsinin ölçüsü dedikdə nə başa düşülür?
  2. Təsvirin ölçülərinə təsir edən 3 parametr hansılardır?
  3. Təsvir sahəsinin ölçülərini dəyişməyin 2 yolu hansıdır?
  4. Nə üçün indeksli rənglər rejimində təbəqələr olmur?
  5. Təbəqələrin sərbəst transformasiyası nədir?

PHOTOSHOP PROQRAMINDA TƏSVİR SÜZGƏCLƏRİ

  1. Süzgəc ailələri. Onlardan nə zaman istifadə etmək lazımdır?
  2. Yeni süzgəci proqrama necə quraşdırmaq olar?

PHOTOSHOP PROQRAMINDA AVTOMATLAŞDIRMA

  1. Proqramın əmrlərini bir aktda necə saxlamalı?
  2. 100-lərlə şəkli bir kliklə necə dəyişmək olar?

ANIMASIYALI ŞƏKİLLƏR

  1. Kadr animasiyası, zaman animasiyası və onların fərqi
  2. Animasiyalı şəkilləri harada və necə istifadə etmək olar.

PROQRAMIN KÖKLƏNMƏSİ VƏ SÜRƏTLƏNDİRİCİ VASİTƏLƏR

  1. Xeyirli xırdalıqlar (ətrafdakı elementlərə uyğun rəngləmə, TAB klavişi, siçanın sağ dili, Ctrl klavişi, istiqamətləndiricilər, istiqamətləndiricilərin dəqiq mövqeyi, indeksləşdirilmiş rənglər, maqnit perosu)
  2. Proqramın düzgün köklənməsi.
  3. Klaviatura ilə əmrlərin verilməi və alətlərin seçimi.

PRAKTİK MƏSƏLƏLƏR

  1. Sayt üçün düymə
  2. Banner
  3. Saytın şablonunun hazırlanması.

TAPŞIRIQLARDAN NÜMUNƏLƏR

Partlayış effektiYeni il açlqcasıCISMIN SUDA ƏKS OLUNMASIŞƏFƏQLƏRPLAZMA EFFEKTIELEKTRIK YÜKÜLIQUIFY EFFEKTISÜRƏTLI HƏRƏKƏT EFFEKTIALOVLU FONGÖY XROMLU FONANIMASIYALI 8 MART AÇIQCASIRETRO STILLI TƏBRIKTƏBƏQƏ MASKALARISƏHRADA QARGÜNDÜZÜ GECƏYƏ ÇEVIRIRIKYarımşəffaf mətnJalüz effektiQeyri-adi şüalarŞəkil üçün çərçivələrUçan təyyarə (animasiya)

Corel Draw

  1. Əsas anlayışlar. Vektorlu və nöqtəvi (rastr) şəkillər. Proqramın ekran interfeysi. Yeni sənəd, Açmaq və Saxlamaq əmrləri
  2. Qrafik primitivlər: düzbucaqlı, ellips, çoxbucaqlı və ulduzlar, spiral, şəbəkə, standart fiqurlar.
  3. Xətlərin çəkilməsi. Freehand və Bezier alətləri ilə iş.
  4. Artistic Media aləti ilə iş.
  5. Mətnlərlə iş. Sadə və fiqurlu mətn. Mətn effektləti.
  6. Obyektlər. Transformation dokeri – obyektin yerdəyişməsi, fırlanması, miqyaslama və əks olunması, ölçüsü və əyilməsi.
  7. Obyektin nüsxələnməsi və dublikatı. Superdublikat.
  8. Obyektin bloklanması
  9. Obyektin formasının dəyişdirilməsi alətləri.
  10. Obyektin əyriyə çevrilməsi. Əyrinin seqment və düyün nöqtələrinin növləri və onların redaktəsi.
  11. Əyrilərin redaktəsi – əyrinin düyün nöqtələri ilə iş.
  12. Shape aləti – Mətnin və simvolların redaktəsi.
  13. Knife aləti ilə əyri, primitiv və simvolların kəsilməsi.
  14. Eraser, Smudge və Virtual segment delete alətləri.
  15. Doldurma aləti. Bircins, qradient, ikirəngli naxışla və teksturlu doldurmalar.
  16. Konturların redaktəsi.
  17. Şəklin ekranda əks olunması rejimləri. Miqyaslama və hərləmə alətləri
  18. Obyektlərin düzlənməsi və sıralanması üsulları.
  19. Obyekt təbəqələri. Obyekt meneceri pəncərəsi ilə iş.
  20. Obyektlər qrupu ilə əməliyyatlar: qruplaşdırma, birləşdirmə, kəsişmə və s.
  21. Corel Draw proqramında maskalardan istifadə olunması.
  22. Obyektlərin deformasiyası.
  23. Perspektiv, kölgə və həcm effektləri.
  24. Klonların yaradılması, effektlərin klonlanması.
  25. Addımbaaddım keçid (Interactive Blend) aləti ilə iş.
  26. Interactive Contour aləti ilə oreolların çəkilməsi.
  27. Linza effektləri.
  28. Şəffaflıq effektləri və obyekti konteynerdə yerləşdirməklə fiqurlu kəsmək.
  29. Mətnin trayektoriya boyunca yerləşdirilməsi.
  30. Corel Draw proqramının rastr effektləri.
  31. Rastr şəkillərin vektorlu obyektlərə çevrilməsi. Kollajların yaradılması.
  32. İllüstrasiyaların çap olunması.

3. Saytyaratma texnologiyaları (6 ay)

Veb-dizayn (korporativ saytların səhifələnməsi, tərtibatı və proqramlaşdırılması) ixtisası dövrümüzün ən çox tələb olunan ixtisaslarından biridir. Hər gün yüz minlərlə insan google, yandex və başqa axtarış sistemlərində "sayt yaratmaq", "Web-dizayn", "HTML teqləri", "CSS xassələri" və s. bu cür sorğular verərək saytyaratma texnologiyaları haqqında məlumatlar əldə etməyə çalışır. Ali məktəb proqramlarında da veb-proqramlaşdırmaya aid bölmələr var. Bütün bunlar onu göstərir ki, müasir dövrdə firma, müəssisə, iş adamları və başqaları üçün internet saytlarını yarada bilən İT mütəxəssislərinə böyük ehtiyac var.
Bizim kursumuzda saytyaratmanın bünövrəsini təmsil edən HTMLCSS texnologiyalarından başlamış MySQL verilənlər bazasının idarəetmə sistemi ilə server (PHP) və klient (JavaScript) proqramlaşdırma dillərində dinamik saytların hazırlanmasına qədər bütün mərhələlər üzrə iş tədris olunur. Kursda işçi komandada işləmək üçün tələb olunan Bootstrap, Angular freymvorkları ilə iş vərdişləri də öyrədilir.

Statik saytlar: HTML və CSS

HTML

  1. HTML-ə giriş. Nə üçün HTML saytın bünövrəsi adlanır?
  2. Teq anlayışı. Nə üçün Word sənədini HTML-sənədinə köçürəndə teqlərdən istifadə etməliyik?
  3. Başlıq və absaz teqləri
  4. Siyahılar nə zaman və nə üçün istifadə olunmalıdır?
  5. Teqlərin atributları.
  6. Təsvirlərin HTML-sənədə daxil edilməsi. Şəkli sənəddə necə düzləndirməli?
  7. Hipemətnin məğzi – istinadlar.
  8. Cədvəllərin sənədə daxil edilməsi və formatlaşdırılması.
  9. Qalın və kursiv mətn.
  10. Formalarla iş. Formada mətn sahələri, radiodüymələr, çekbokslar, seçmə elementləri, mətn sahəsi və düymələr.
  11. Dekorativ birləşmə.
  12. Forma elementlərinin bloklaşması və yalnız oxunması.
  13. Formaları emaledən fayl.
  14. Lokal serverin qurulması. Lokal server nə üçündür?
  15. GET və POST metodları ilə verilənlərin göndərilməsi.
  16. e-mail göndərmə funksiyası.
  17. Kənar obyekt teqləri
  18. İlkin formatlaşdırma.
  19. Təsvirin kartı.
  20. Metateqlər
  21. Şərhlər
  22. XHTML
  23. Sənədin yoxlanılması
  24. DIV və SPAN teqləri.

CSS (nəzəriyyə)

  1. Mozilla Firefox brauzeri üçün əlavələrin quraşdırılması
  2. CSS-in iş prinsipi
  3. CSS faylının HTML faylına birləşdirilməsi və əsas selektorlar
  4. Qrup selektorları
  5. Valideyn və övlad selektorları
  6. İstinad teqlərinin psevdoselektorları
  7. Şrift ailələri
  8. Şriftin ölçüsü
  9. Qalın və kursiv şrift
  10. Dekor – mətnin altından, üzərindən və üztündən xətləmə
  11. Abzasların düzlənməsi və birinci sətir intervalı
  12. Sətrin hündürlüyü, sətirarası məsafə
  13. Çərçivələr
  14. Siyahılarla iş
  15. Vərəsəlik
  16. Xassələrin kaskadlılığı və üstünlük dərəcələri
  17. Bloklar modeli. Margin və Padding xassələri
  18. Blokun eni və hündürlüyü
  19. Sahələrin ziddiyyətləri
  20. Blok və sətir elementləri
  21. Fonun rəngi və fon şəkli
  22. Fon şəklinin təkrarlanması
  23. Fon şəklinin mövqeyi
  24. Fon şəklinin tərpənməz qalması
  25. Fon xassələrinin qısaldılmış yazılışı
  26. CSS və cədvəllər
  27. CSS və formalar (I hissə)
  28. CSS və formalar (II hissə)
  29. Float xassəsi
  30. Float xassəsinin əsasında saytın karkasının yatadılması
  31. Əhatəolunmadan təmizlənmə.
  32. Eyni hündürlüklü sütunlar
  33. Mövqeləşdirmə
  34. ABSOLUTE (mütləq) – mövqeləşdirmə
  35. RELAVIVE (nisbi) – mövqeləşdirmə
  36. FIXED (qeyd olunmuş) mövqeləşdirmə
  37. Z-indekslər
  38. Elementlərin əks olunması
  39. Səhifənin maksimum və minimum eninin müəyyən olunması
  40. Brauserlər
  41. IE6 brauzerinin problemlərinin həlli
  42. CSS-stillərinin html-səhifəyə birləşdirilməsinin daha iki üsulu
  43. Varislənməyən xassələr

CSS (praktika)

  1. Yeni proyektin yaradılması
  2. Ümumi konsepsiya
  3. Topline bloku.
  4. Header bloku (I hissə)
  5. Header bloku (II hissə)
  6. Header bloku (III hissə)
  7. People bloku (I hissə)
  8. People bloku (II hissə)
  9. Rəngli blok. (I hussə)
  10. Rəngli blok. (II hussə)
  11. Rəngli blok. (III hussə)
  12. Rəngli blok. (IV hussə)
  13. Rəngli blok. (V hussə)
  14. Ağ-qara blok (I hissə)
  15. Ağ-qara blok (II hissə)
  16. Ağ-qara blok (III hissə)
  17. Ağ-qara blok (IV hissə)
  18. Ağ-qara blok (V hissə)
  19. Tutqun blok (I və II hissələr)
  20. Tutqun blok (II və III hissələr)
  21. Tutqun blok (V hissə)
  22. Boz blok – id="gray" (I hissə)
  23. Boz blok – id="gray" (II hissə)
  24. Boz blok – id="gray" (III hissə)
  25. Footer bloku (I hissə)
  26. Footer bloku (II hissə)
  27. Footer bloku (III hissə)
  28. İE6-nın problemlərinin həlli
  29. Optimallaşdırma və validasiya (yoxlama)
  30. OPENMINT proyekti
  31. Saytın karkası
  32. Naviqasiya (I hissə).
  33. Naviqasiya (II hissə).
  34. Fon qradiyenti

Dinamik saytlar: PHP və MySQL

PHP (nəzəriyyə)

  1. PHP ilə işləmək üçün lokal serverin yaradılması
  2. Başlanğıc anlayışlar
  3. Dəyişənlər haqqında daha bir neçə söz
  4. IF-ELSE konstruksiyası
  5. IF-ELSE konstruksiyasında ikiqat şərtlər (məntiqi əməllər)
  6. İç-içə yazılmış IF-ELSE konstruksiyaları
  7. WHILE və DO WHILE dövri konstruksiyaları
  8. FOR dövri konstruksiyası
  9. HEREDOC sintaksisi
  10. ISSET və UNSET funksiyaları
  11. Dəyişənlərin ötürülməsi – GET metodu
  12. Dəyişənlərin ötürülməsi – POST metodu
  13. $_SERVER superqlobal massivi
  14. INCLUDE operatoru
  15. Verilənlər bazası ilə işin əsasları
  16. Verilənlər bazası və cədvəllərin yaradılması
  17. PHP-dən VB-yə birləşmə
  18. VB-dan seçmə
  19. Dövr konstruksiyası vasitəsilə verilənlərin VB-dən çıxarılışı
  20. Dövr daxilində PRINTF əmrindən istifadə edilməsi
  21. SELECT seçmə operatoru
  22. Yeni yazıların VB-yə daxil edilməsi – INSERT daxiletmə operatoru
  23. VB-nın cədvəlində informasiyanın təzələnməsi –UPDATE operatoru
  24. VB-dən yazının ləğv olunması – DELETE operatoru

PHP-praktika.
I HİSSƏ. PHP və MySQL-dən istifadə etməklə sadə saytın yaradılması.

  1. Saytın təyin olunması və karkasının yaradılması
  2. Saytın ilkin görüntüsünün yaradılması
  3. Saytın PHP-bloklara ayrılması
  4. Əsas səhifələrin əlavə olunması
  5. VB-nın yaradılması və cədvəllərin doldurulması
  6. Verilənlərin VB-dən çıxarılması
  7. lessons cədvəli və dərslərin əlavə edilməsi
  8. Dərslərin siyahısının dövrü konstruksiyadan istifadə etməklə çıxarılışı.
  9. Dərsin tam olaraq çıxarılışı
  10. Ev tapşırıqı
  11. İnzibati (Admin) blokun yaradılması
  12. Yeni dərsin əlavə edilməsi formasının yaradılması
  13. Yeni dərsin verilənlər bazasına əlavə olunması
  14. Dərsin yenilənməsi və verilənlər bazasına yenidən yazılması
  15. Dərsin verilənlər bazasından ləğvi
  16. İnzibati blokun mətninin redaltəsi
  17. İnzibati bloka girişin parolla qorunması

PHP-praktika.
II HİSSƏ. PHP və MySQL-dən istifadə etməklə tematik bloqun yaradılması.

  1. Bloqun karkasının yaradılması
  2. Verilənlər bazasının və cədvəllərin yaradılması
  3. Cədvəllərin lazımi məlumatlarla doldurulması
  4. Saytın bloklarının təyin edilməsi
  5. Verilənlər bazasından ön səhifənin çıxarılışı
  6. Kateqoriyalar siyahısının çıxarılışı
  7. Kateqoriyaları emal edən faylın yaradılması
  8. Kateqoriyalar üzrə məqalələrin siyahısının alınması
  9. Məqalənin tam mətninin çıxarılışı
  10. Baxış sayı sayğacının yaradılması
  11. Saytda şərh yazmaq imkanının realizə olunması
  12. Son məqalələrin realizə olunması
  13. Məqalələr arxivinin realizə olunması
  14. Dost saytlar siyahısının yaradılması
  15. Sayt üzrə axtarış formasının yaradılması
  16. İnzibati (admin) hissənin faylları
  17. Bloqa yeni məqalənin əlavə edilməsi
  18. Məqalənin redaktəsi üçün redaktorun yaradılması
  19. Bloqdan məqalənin ləğv edilməsi
  20. Yeni kateqoriyanın əlavə edilməsi
  21. Kateqoriyaların redaktəsi
  22. Kateqoriyanın ləğvi
  23. Sayt üzrə naviqasiya elementləri
  24. Krossbrauzerliyin yoxlanılması
  25. Saytın qorunması və kodun təhlükəsizliyi məsələləri
  26. Səhvlərin aradan qaldırılması

Səhifəyə baxılmışdır: